Çin ilk dəfə yüksək süd məhsuldarlığına malik keçiləri klonlaşdırıb
Çin ilk dəfə yüksək süd məhsuldarlığına malik keçiləri klonlaşdırıb
Çinli alimlər heyvandarlıq və bio-seleksiya sahəsində mühüm nailiyyət əldə ediblər.
Şenksi əyalətində yerləşən Şimal-Qərb Kənd və Meşə Təsərrüfatı Universitetinin mütəxəssisləri ölkədə ilk dəfə yüksək süd məhsuldarlığına malik keçilərin kütləvi klonlaşdırılmasını həyata keçiriblər.
Araşdırmalar nəticəsində dörd erkək və iki dişi olmaqla altı sağlam klon keçi balası dünyaya gəlib.
Klonlaşdırma zamanı illik orta hesabla 2800 kiloqramdan çox süd verən elit “Saanen” cinsindən olan keçilərin somatik hüceyrələrindən istifadə olunub.
Alimlər bildirirlər ki, bu texnologiya yüksəkkeyfiyyətli cinslərin çoxaldılmasını sürətləndirə və nəsilartırma dövrünü əhəmiyyətli dərəcədə qısalda bilər.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!