Benito Mussolinin villası satıldı
1 dəq oxuma
6 Baxış
Benito Mussolininin Rimini şəhərindəki yay iqamətgahı Riççone bələdiyyəsi tərəfindən 1,2 milyon avroya alınıb.
“Milli Söz” bu barədə "Bild" qəzetinə istinadən xəbər verir.
1890-cı ildə tikilən villa bu əraziyə xas olan üslubda inşa edilib. 1934-cü ildə bina Benito Mussolininin yay iqamətgahına çevrilib və o, ailəvi istirahət üçün istifadə edib .
Hazırda villa bələdiyyə tərəfindən mədəniyyət və sərgi mərkəzi kimi istifadə olunur. Gələcəkdə orada qeyri-maddi mədəni irs mərkəzi və arxiv yerləşdiriləcək.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!