Tramp: Ukrayna münaqişəsinin həllinə hər zamankından daha yaxınıq
Ukraynadakı münaqişənin nizamlanması prosesi hər zamankından daha yaxındır. Oktaybrın 21-də bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə bəyan edib.
Milli Söz xəbər verir ki, bu bəyanat Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında Sankt-Peterburqdakı Konstantinov sarayında baş tutan görüşdən dərhal sonra verilib.
Təxminən üç saat davam edən yüksək səviyyəli dialoqda Rusiya Prezidentinin xüsusi nümayəndəsi, RDİF rəhbəri Kirill Dmitriyev də iştirak edib. Müzakirələr çərçivəsində Vaşinqton Moskvaya Ukrayna üzrə üçtərəfli danışıqlar formatını rəsmən bərpa etməyi təklif edib. "Düşünürəm ki, biz [nizamlanmaya] yaxınlaşırıq. Bəlkə də hər zamankından daha yaxınıq", — deyə Amerika lideri vurğulayıb.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!