Milli Söz Media

Kallas: ABŞ Ukraynanı kapitulyasiyaya sövq edir

2 dəq oxuma
8 Baxış
Paylaş:
Kallas: ABŞ Ukraynanı kapitulyasiyaya sövq edir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib ki, Ukrayna Avropanın verdiyi dəstək sayəsində Rusiyaya müqavimət göstərməkdə davam edir, ABŞ danışıqçıları isə Kiyevi təslim olmağa məcbur edirlər.

Milli Söz xəbər verir ki, o, bu fikirləri oktyabrın 20-də Avropa Parlamentinin plenar iclasındakı çıxışı zamanı səsləndirib.

"Amerikalı danışıqçılar təxminən il yarım-iki ildir ki, Ukraynanı kapitulasiyaya məcbur etməyə çalışsalar da, o təslim olmur, çünki Avropa ona dəstək verir. Və bizim başqa seçimimiz yoxdur", — deyə Kallasın sözləri Avropa Komissiyasının rəsmi saytında sitat gətirilib

Kaya Kallas, həmçinin Aİ-nin sülh tənzimlənməsi planının olmaması barədə iddiaları qətiyyətlə təkzib edib. O xatırladıb ki, hələ fevral ayında Avropanın danışıqlarda iştirakı ilə bağlı Aİ ölkələrinə konkret təkliflər təqdim edib və vurğulayıb ki, Avropa dövlətləri "davamlı və ədalətli" sülhün tərəfdarıdırlar.

Bununla yanaşı, Avropa diplomatiyasının rəhbəri Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların öz təsirini göstərməkdə davam etdiyini diqqətə çatdırıb.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!