Milli Söz Media

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub

2 dəq oxuma
20 Baxış
Paylaş:
 Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub

Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, təməli 1969-cu ildə qoyulan təhsil ocağı 2018-ci ildə yenidən təşkil olunaraq Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə çevrilib və 2024-cü ildən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.

Mərkəzdə müasir tədris korpusları, laboratoriyalar, istixana, avtotəmir və CNC emalatxanaları, informatika kabinetləri, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 yerlik yataqxana inşa olunub, korpusların sayı 7-yə çatdırılıb.

2025/2026-cı tədris ilində burada 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır, onların 385-i qadındır. Turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT və alternativ enerji sahələri üzrə kadr hazırlığı aparılır.

Yeni maddi-texniki baza sayəsində elektrik və hibrid avtomobillərinin təmiri, kibertəhlükəsizlik, proqramlaşdırma, günəş panellərinin quraşdırılması kimi müasir ixtisaslar da tədris olunur.

Mərkəz dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə əməkdaşlıq edir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!