Milli Söz Media

Özəl sektorda çalışanların nəzərinə: Maaşlardan gəlir vergisi tutulacaq

1 dəq oxuma
8 Baxış
Paylaş:
Özəl sektorda çalışanların nəzərinə: Maaşlardan gəlir vergisi tutulacaq

 2026-cı il yanvarın 1-dən etibarən özəl sektorda tətbiq olunan vergi güzəştinin müddəti bitir. Yeni qaydalara əsasən, maaşlardan gəlir vergisi mərhələli şəkildə tutulmağa başlanacaq.


 Yeni vergi dərəcələri belə olacaq:

2500 AZN-ə qədər maaşlarda: 3%

 2500–8000 AZN arası maaşlarda: 75 AZN + artıq qalan hissənin 10%-i

 8000 AZN-dən çox maaşlarda: 625 AZN + artıq qalan hissənin 14%-i

 Əsas məqamlar:

 Bu dəyişiklik işçilərin "əlində qalan" (net) məbləğin azalmasına səbəb olacaq.

 İşəgötürənlər vergi yükünü tənzimləmək üçün maaş siyasətlərinə yenidən baxa bilərlər.

 Vergi dərəcələrinin 2027 və 2028-ci illərdə də mərhələli şəkildə artırılması nəzərdə tutulur.

 Məqsəd əmək bazarında şəffaflığı təmin etmək və kölgə iqtisadiyyatını azaltmaqdır.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!