Milli Söz Media

Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub

1 dəq oxuma
24 Baxış
Paylaş:
Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub

Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub

Martın 2-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalara baxış keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə Avtomobil Zavodunda istehsal olunan texnikalar ölkənin 58 şəhər və rayonuna göndəriləcək.

Layihə çərçivəsində tutumu 22 kubmetr olan 70 ədəd kommunal texnika istehsal edilib.

Texnikalar Bakı və Gəncədən bölgələrə yola salınacaq.

Məqsəd regionlarda kommunal xidmətlərin keyfiyyətini artırmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaqdır.

Qeyd edək ki, Gəncə Avtomobil Zavodu 1986-cı ildə təsis edilib, hazırda müəssisədə 500-ə yaxın işçi çalışır.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!