Ramzan Kadırov İranın ərəb ölkələrinə hücumlarını qınayıb
1 dəq oxuma
6 Baxış
Çeçenistan başçısı Ramzan Kadırov bəyan edib ki, əgər Tehran Fars körfəzi ölkələrinə zərbələr endirməsəydi, çeçen bölmələri amerikalıların hücumlarını dəf etmək üçün İrana kömək edə bilərdi.
"Heç şübhəsiz, şəxsən mən bir “amma” ilə İran tərəfini dəstəkləyirəm — mən İranın Fars körfəzi ərəb ölkələrinin mülki obyektlərinə və mülki infrastrukturuna endirdiyi zərbələri dəstəkləmirəm", — deyə onun "Telegram" kanalındakı məlumatda bildirilir.
Kadırovun sözlərinə görə, Fars körfəzi ölkələrinin dinc sakinlərinin baş verən münaqişənin günahsız qurbanlarına çevrilməsini müşahidə etmək ona ağır gəlir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!