Rusiya 2026-cı ildə rus dünyası və neokolonializmlə bağlı siyasətini sərtləşdirəcək
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, rəsmi Moskva 2026-cı ildə də “neokolonializm”ə qarşı mübarizəni prioritet istiqamət kimi saxlayacaq.
Ryabkovun sözlərinə görə, Rusiya dövləti rusdilli insanları “harada olmalarından asılı olmayaraq” müdafiə etməyə davam edəcək və bu məsələ ölkənin xarici siyasət kursunun mərkəzində dayanacaq.
Bu açıqlama Rusiyanın postsovet məkanında və digər regionlarda yaşayan rusdilli əhali üzərindəki təsir imkanlarını qorumaq və genişləndirmək niyyətini bir daha təsdiqləyir.
Ekspertlər bu cür bəyanatların beynəlxalq münasibətlərdə gərginliyi artıra biləcəyini və Rusiyanın qonşu dövlətlərin daxili işlərinə müdaxilə rıçaqı kimi istifadə oluna biləcəyini qeyd edirlər.
Nazir müavini həmçinin vurğulayıb ki, Moskva qlobal arenada Qərbin hegemonluğuna qarşı çıxmaq üçün digər tərəfdaş ölkələrlə əməkdaşlığı gücləndirməyi planlaşdırır.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!