11 mindən çox dənizçi Yaxın Şərqdən təxliyə ediləcək
Beynəlxalq Dəniz Təşkilatı (IMO) Yaxın Şərq regionunda köməksiz vəziyyətdə qalmış 11 mindən çox dənizçinin təxliyəsi planına başlayacaq.
“Milli Söz” xəbər verir ki, bu barədə təşkilatın baş katibi Arsenio Dominqes məlumat verib.
"Bu irimiqyaslı əməliyyat İran, Oman, regionun digər bütün sahilyanı dövlətləri, Amerika Birləşmiş Ştatları və dənizçilik sənayesi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək", — deyə o bildirib.
O, həmçinin münaqişə zamanı həlak olmuş 14 mülki dənizçinin xatirəsini xüsusi olaraq yad edib.
"Biz bu əməliyyatların keçirilməsi üçün zəruri olan lazımi təhlükəsizlik təminatlarını təmin etmişik və təhlükəsiz naviqasiya şərtlərini dərindən yoxlamışıq. Dənizçilərin təhlükəsizliyini və qlobal ticarətin davamlılığını təmin etmək mövqeyimizdə qətiyyətliyik", — deyə Dominqes yekunlaşdırıb.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!