ABŞ hərbi təyyarələri Venesuela sahilləri üzərində dövrə vurur
"Flightradar24" portalının son məlumatlarına görə, ABŞ-ın Karib dənizində yerləşən aviadaşıyıcı qrupuna məxsus çoxsaylı hərbi təyyarələr Venesuela sahilləri yaxınlığında intensiv uçuşlar həyata keçirir.
Hazırda havada F/A-18E/F “Super Hornet” qırıcı təyyarəsi, elektron mübarizə üçün nəzərdə tutulan iki ədəd Boeing EA-18G “Growler” və taktiki erkən xəbərdarlıq funksiyasını yerinə yetirən E-2D “Advanced Hawkeye” təyyarələri müşahidə olunur.
Təyyarələrin Venesuela sahilləri üzərində dövrə vurması bölgədə "qaçılmaz müharibə" və Məşhur jurnalist Taker Karlsonun iddiasına görə, ABŞ Prezidenti Donald Trampın Bakı vaxtı ilə səhər saatlarında planlaşdırılan müraciəti zamanı Venesuelaya qarşı hərbi əməliyyatların başladığını elan edə biləcəyi ehtimal olunur. dəniz blokadası barədə yayılan xəbərlərin fonunda baş verir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!