ABŞ İran nefti ilə əməliyyatlara qadağa qoydu
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti ilə əməliyyatların həyata keçirilməsinə icazə verən lisenziyanı geri çağırıb. Bu barədə qərar iyulun 7-də açıqlanıb.
Milli Söz-ün məlumatına görə, bu addım əvvəllər verilmiş və cari ilin avqustun 21-nə qədər qüvvədə olması nəzərdə tutulan lisenziyanın ləğv edilərək yeni sənədlə əvəzlənməsi ilə bağlıdır.
"OFAC İranla bağlı qüvvədə olan X Baş Lisenziyasını geri çağırır və onun yerinə X1 Baş Lisenziyasını təqdim edir. Bu yeni sənəd 2026-cı il iyunun 21-də İran mənşəli xam neft, neft-kimya məhsulları və neft məhsullarının istehsalı, çatdırılması və satışına verilmiş icazənin ləğv edilməsi və fəaliyyətinin dayandırılması məqsədini daşıyır. 2026-cı il iyulun 7-dən etibarən 2026-cı il iyunun 21-də qəbul edilmiş X Baş Lisenziyası tamamilə bu X1 Baş Lisenziyası ilə əvəz olunur" , - deyə məlumatda vurğulanır.
Yenilənmiş lisenziyanın şərtlərinə əsasən, iyulun 7-dən etibarən İran mənşəli neftlə bağlı bütün yeni əməliyyatların aparılması qadağan edilir. Bununla belə, bu tarixdən əvvəl bağlanmış mövcud sazişlər üzrə işlərin iyulun 17-nə qədər yekunlaşdırılmasına icazə verilir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!