ABŞ və İran arasında ilkin razılaşmanın detalları açıqlanıb
ABŞ və İran arasında ilkin razılaşmanın detalları açıqlanıb
Məlumata görə, ABŞ və İran arasında əldə olunan ilkin razılaşmaya əsasən, Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının İran ərazisində seyrəldilməsinə (durulaşdırılmasına) razılıq verilib.
Hörmüz boğazının bütün kommersiya gəmiləri üçün yenidən açılması, ABŞ-ın isə İran limanlarına tətbiq etdiyi dəniz blokadasını ləğv etməsi nəzərdə tutulur.
Həmçinin ABŞ-ın İran neftinə qarşı bəzi sanksiyalara müvəqqəti güzəştlər etməsi və yeni sanksiyalar tətbiq etməməsi də layihədə yer alıb.
Bununla belə, tərəflər arasında yekun sazişin hələ imzalanmadığı, texniki detalların isə növbəti 60 gün ərzində müzakirə olunacağı bildirilir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!