Milli Söz Media

Azərbaycanın milli parklarında Açıq qapı günü olacaq

2 dəq oxuma
9 Baxış
Paylaş:
Azərbaycanın milli parklarında Açıq qapı günü olacaq

Ümumdünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar yanvarın 11-i Azərbaycanın milli parklarında “Açıq qapı” günü olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verilib.

Bildirilib ki, yanvarın 11-i Ümumdünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur. Bu günün əsas məqsədi milli parklar və dövlət təbiət qoruqlarının biomüxtəlifliyin mühafizəsi, təbii ekosistemlərin qorunması və ekoloji tarazlığın təmin olunmasındakı əvəzsiz rolunu vurğulamaq, eyni zamanda, cəmiyyətin ətraf mühitə məsuliyyətli münasibətini təşviq etməkdir.

Həmçinin vurğulanıb ki, “Açıq qapı” günündə ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!