Britaniya Ukraynaya əlavə uzaqmənzilli raketləri göndərəcək
1 dəq oxuma
10 Baxış
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" uzaqmənzilli qanadlı raketləri göndərməyə hazırlaşır.
Bu barədə oktyabrın 15-də "Bloomberg" agentliyi xəbər verib.
"Britaniya istehsalı olan qanadlı raket ehtiyatlarının artırılması məsələsi çərşənbə günü Ukrayna liderinin Londona səfəri zamanı Baş nazir Endi Börnhem və [Ukrayna] Prezidenti Volodimir Zelenski tərəfindən müzakirə olunub", — deyə nəşrin məqaləsində qeyd edilib.
Tədarük olunacaq raketlərin dəqiq sayı və sövdələşmənin digər detalları hələlik açıqlanmır.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!