Britaniyada həbsxanaya dron hücumu olub
1 dəq oxuma
9 Baxış
Böyük Britaniyanın Oksfordşir qraflığının Bister şəhərində yerləşən 1 100 yerlik Bullinqdon həbsxanasına dron dəstələrinin hücumu olub.
"The Sun" nəşri xəbər verir ki, bu yolla məhbuslara narkotik və silah ötürülüb.
Bildirilir ki, basqın gecə saatlarında baş verib. Bundan əlavə, PUA-ları kənarlaşdırmağa çalışan mühafizəçilər də hücuma məruz qalıblar.
Qeyd olunub ki, torların olmaması, həmçinin pəncərələrin zəif konstruksiyası və ya zədəli olması problemi daha da dərinləşdirib.
Hadisə ilə bağlı araşdırmaların aparıldığı, müəssisənin təhlükəsizliyi üçün vəsait ayrılacağı bildirilib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!