Card to card əməliyyatlarına limitlərlə bağlı yeni açıqlama
Card to card əməliyyatlarına limitlərlə bağlı yeni açıqlama
“Card to card” köçürmələri ilə bağlı tətbiq ediləcək limitlərə dair bəzi məqamlar açıqlanıb.
Hazırkı mərhələdə ödəniş alətləri üzrə məxaric əməliyyatlarına hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb.
Yanaşmanın risk əsaslı olduğu və müştərilərin normal xarakterli mədaxil əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutmadığı bildirilib.
Bank və elektron pul təşkilatlarının müştərilərinin özlərinə və yaxın qohumlarına aid ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna ediləcək.
Bildirilir ki, məqsəd bank və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini minimuma endirməkdir. Bu məqsədlə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiqi ilə bağlı razılaşma əldə olunub.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!