CBS News: Maduro Delta Force tərəfindən əsir götürüldü
1 dəq oxuma
9 Baxış
ABŞ-ın "CBS News" telekanalı hərbi mənbələrə istinadən xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro ABŞ ordusunun ən elit xüsusi təyinatlı bölməsi olan "Delta Force" tərəfindən əsir götürülüb. Əməliyyat paytaxt Karakasda həyata keçirilən genişmiqyaslı hava zərbələri ilə paralel olaraq icra edilib.
Məlumata görə, "Delta Force" bölməsi Maduronu və həyat yoldaşı Siliya Floresi ələ keçirərək artıq ölkədən kənara çıxarıb. Bu, ABŞ-ın son onilliklərdə həyata keçirdiyi ən sürətli və strateji "rejim dəyişikliyi" əməliyyatlarından biri kimi qiymətləndirilir. "CBS News" qeyd edir ki, əməliyyatda ABŞ-ın hüquq-mühafizə orqanları da yaxından iştirak edib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!