Milli Söz Media

Çinin C919 sərnişin təyyarəsi ilk beynəlxalq reysini reallaşdırıb

1 dəq oxuma
13 Baxış
Paylaş:
Çinin C919 sərnişin təyyarəsi ilk beynəlxalq reysini reallaşdırıb

Çinin "C919" sərnişin təyyarəsi ilk müntəzəm beynəlxalq kommersiya reysini həyata keçirib.

Milli Söz xəbər verir ki, bu barədə 12-də "Air China" aviaşirkəti bəyanat yayıb.

"Çərşənbə günü Çinin "C919" sərnişin təyyarəsi özünün ilk müntəzəm beynəlxalq kommersiya reysini icra edib ki, bu da Pekinin "Boeing" və "Airbus"a alternativ hazırlamaq cəhdində mühüm addım oldu", — deyə materialda bildirilir.

Dəqiqləşdirilir ki, təyyarə Pekindən Ulan-Batora uçuş həyata keçirib. Bundan sonra hava gəmisi Çin və Monqolustanın paytaxtları arasında hər gün hərəkət edəcək.

Layner 174 nəfərədək sərnişin daşımaq üçün nəzərdə tutulub. "C919" Çinin ilk darfüzelyajlı təyyarəsi olub. Hava gəmisi "Boeing 737 MAX" və "Airbus A320" modellərinin təmsil olunduğu bazar seqmenti üçün yaradılıb.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!