Donald Tramp Konqresə illik müraciətlə çıxış etdi
Donald Tramp Konqresə illik müraciətlə çıxış etdi
ABŞ Prezidenti Donald Tramp ölkədə vəziyyətlə bağlı Konqresə illik müraciət edib. Onun çıxışı təxminən 1 saat 50 dəqiqə davam edib və bununla da 2000-ci ildə Bill Klintonun müəyyən etdiyi rekordu geridə qoyub.
Tramp çıxışında bir neçə dəfə öz iqtisadi proqramını vurğulayaraq, Ağ Evə qayıtdığı ilk ildə “tarixdə dönüş nöqtəsi” yaratdığını bildirib.
İranla bağlı isə o, problemi diplomatik yolla həll etməyə üstünlük verdiyini desə də, Tehranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini qeyd edib.
ABŞ-ın Qərb yarımkürəsində dominant mövqeyini bərpa etməyi planlaşdırdığını da açıqlayan Tramp, Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün ciddi səylər göstərdiyini bildirib. Onun sözlərinə görə, komandası “qətllər və qırğınlar”ın dayandırılması üçün “çox çalışır” və aylıq itkilərin 25 min əsgərə çatdığını iddia edib.
Çıxış zamanı Tramp bir neçə dəfə demokratlarla mübahisə edib, lakin Ali Məhkəmənin hakimlərini gömrük rüsumları ilə bağlı qərara görə birbaşa tənqid etməyib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!