Milli Söz Media

Donald Tramp: Rusiya–Ukrayna müharibəsini dayandıracaq əsas fiqur mənəm

2 dəq oxuma
9 Baxış
Paylaş:
 Donald Tramp: Rusiya–Ukrayna müharibəsini dayandıracaq əsas fiqur mənəm

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlarda həlledici rol məhz ona məxsusdur və Ukrayna tərəfi Vaşinqtonun razılığı olmadan heç bir sülh planını icra edə bilməz.

"Mən təsdiqləməsəm, onun heç nəyi olmayacaq. Görək nə təklif edir", — deyə Tramp Zelenskinin sülh təşəbbüslərinə münasibət bildirərkən vurğulayıb.

 Bu kəskin açıqlama iki liderin bu gün Floridada, Palm Biçdə keçiriləcək mühüm görüşü ərəfəsində səslənib.

 Zelenskinin görüş zamanı 20 maddədən ibarət yeni sülh planını, o cümlədən demilitarizasiya zonası və ABŞ-dan təhlükəsizlik zəmanətləri tələbini təqdim edəcəyi gözlənilir.

Tramp həmçinin yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə də danışmağı planlaşdırdığını və hazırda Rusiya iqtisadiyyatının kifayət qədər ağır vəziyyətdə olduğunu qeyd edib.

 Görüş bazar günü Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq və münaqişənin gələcək taleyi üçün həlledici xarakter daşıyır.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!