Milli Söz Media

Ermənistanda xarici media proqramlarına qarşı sərt qadağalar tətbiq edilir

2 dəq oxuma
10 Baxış
Paylaş:
 Ermənistanda xarici media proqramlarına qarşı sərt qadağalar tətbiq edilir

 Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi tərəfindən hazırlanan yeni qanun layihəsi hökumət tərəfindən bəyənilib.

Yeni qaydalara əsasən, hakimiyyətin zorla devrilməsinə çağıran, zorakılığı, qəddarlığı təbliğ edən və ölkənin daxili siyasi həyatına müdaxilə edən xarici televiziya və radio proqramlarının yayımı rəsmən qadağan olunacaq.

Nazir Mxitar Hayrapetyan bildirib ki, bu addım ölkənin informasiya təhlükəsizliyini qorumaq və dövlət quruluşuna qarşı yönələn xarici təhdidlərin qarşısını almaq məqsədi daşıyır.  Qanunvericiliyə edilən dəyişikliklər həmçinin yalan xəbərlərin (feyk) yayılmasının qarşısını almağı və yayımçılar üçün daha şəffaf hüquqi mühit yaratmağı nəzərdə tutur.

 Qeyd edək ki, yeni qaydaları pozan şəbəkə operatorları və yayımçılar üçün ciddi cərimələr, hətta lisenziyaların dayandırılması kimi sanksiyalar müəyyən edilib.

Bu qərarın xüsusilə Rusiya telekanallarının ölkədəki fəaliyyətinə və onlara qarşı tətbiq olunan məhdudiyyətlərin hüquqi bazasına təsir edəcəyi gözlənilir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!