Milli Söz Media

Zelenskinin təyyarəsi dronla vurulmağa yaxın olub

1 dəq oxuma
3 Baxış
Paylaş:
Zelenskinin təyyarəsi dronla vurulmağa yaxın olub

Ukrayna Prezidenti Volodimir Zelenskinin Moldovadan Osloya yollanan təyyarəsi qalxışa hazırlaşarkən az qala pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulacaqdı.

Milli Söz-ün məlumatına görə, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe NRK telekanalına müsahibəsində bildirib.

Lakin o, məlumatın mənbəyini və dronun təyyarəyə nə dərəcədə yaxınlaşdığını dəqiqləşdirməyib.

"Onun təyyarəsi Moldovadan uçuşa hazırlaşarkən az qala PUA ilə vurulacaqdı. Bu, onun üzləşdiyi reallıqdır", – deyə baş nazir vurğulayıb.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!