Milli Söz Media

Finlandiya Rusiya ilə sərhəd boyunca çəpərin tikintisini tamamlayıb

1 dəq oxuma
7 Baxış
Paylaş:
Finlandiya Rusiya ilə sərhəd boyunca çəpərin tikintisini tamamlayıb

Finlandiya hakimiyyəti Rusiya ilə sərhəd boyunca çəkilən çəpərin tikintisini başa çatdırıb.

Milli Söz-ün "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə sentyabrın 7-də dərc olunan materialda bildirilib.

"Finlandiya Rusiya ilə sərhəd boyunca 200 kilometrlik çəpərin tikintisini yekunlaşdıraraq, NATO-nun Rusiya ilə olan ən uzun sərhəd xəttində öz əsas rəqibi üzərində müşahidə imkanlarını gücləndirib", – deyə məlumatda qeyd olunur.

Bildirilir ki, hündürlüyü 4.5 metr olan çəpər xüsusi texniki müşahidə sistemləri ilə təchiz edilib. Bu çəpər Finlandiyanın Rusiya ilə olan təxminən 1.3 min kilometrlik ümumi sərhəd xəttinin təxminən 15%-ni əhatə edir. Hakimiyyət orqanları çəpərin inşasına 356 milyon avro xərc çəkiblər.

Agentlik xatırladır ki, çəpərin tikintisinə Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra start verilmişdi.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!