Milli Söz Media

Hyundai yeni yolsuzluq avtomobilini təqdim edib

1 dəq oxuma
8 Baxış
Paylaş:
Hyundai yeni yolsuzluq avtomobilini təqdim edib

"Hyundai" şirkəti Nyu-York avtosalonunda "Boulder" adlı yeni yolsuzluq avtomobilinin premyerasını keçirib.

"Milli Söz" xəbər verir ki, model konsept-kar statusunda təqdim olunub, seriyalı versiyasının isə 2030-cu ilə qədər buraxılması planlaşdırılır.

"Hyundai Boulder" çərçivəli konstruksiyaya, kəskin bucaqlı eksteryer dizaynına və arxaya doğru açılan arxa qapılara malikdir. Model 37 düymlük yolsuzluq şinləri və arxa qapıda yerləşən tam ölçülü ehtiyat təkərlə təchiz olunub.

Şirkətin bildirdiyinə görə, baqaj qapısı hər iki tərəfə açıla bilir və aşağı enən şüşəyə malikdir. "Hyundai Boulder"in futuristik interyerinin xüsusiyyətlərinə mərkəzi tuneldə yerləşən iri transmissiya qolu, adi böyük multimedia ekranı əvəzinə vidcetlərlə dörd kiçik ekran, mərkəzdə qeyri-adi açar və düymələr, həmçinin ön şüşə boyunca uzanan proyeksiya displeyi daxildir.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!