İran raketlərinin uçuş mənzilini artırmaq qərarına gəldi
İran hakimiyyəti ABŞ ilə davam edən münaqişə fonunda öz raketlərinin uçuş mənzilini artırmaq barədə qərar qəbul edib.
Milli Söz xəbər verir ki, bu barədə oktyabrın 4-də İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiyə bəyan edib.
"Bu müharibə gedişində biz mütləq raketlərimizin mənzilini artırmalı olduğumuz qənaətinə gəldik və artıq bu istiqamətdə hərəkətə keçmişik", — deyə Əkrəminiyənin sözlərini "Fars" agentliyi özünün "Telegram" kanalında sitat gətirib.
Hazırda Tehran orta mənzilli raket arsenalına malikdir. Fevralın 28-də başlayan ABŞ ilə münaqişə zamanı İran tərəfi əsasən 2 min kilometrə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik mərmilərdən istifadə edib.
Bununla belə, mart ayında Hind okeanında yerləşən və Tehrandan 5 min kilometrdən çox məsafədə olan Britaniyanın Dieqo-Qarsiya adasındakı hərbi bazasına İranın hücum etməsi barədə xəbərlər yayılmışdı. O zaman rəsmi Tehran zərbə ilə bağlı məlumatı təsdiqləməmişdi.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!