Milli Söz Media

Kliçko: Müvəqqəti olaraq Kiyevi tərk etməyə hazır olun

2 dəq oxuma
13 Baxış
Paylaş:
Kliçko: Müvəqqəti olaraq Kiyevi tərk etməyə hazır olun

Kiyev sakinləri yaxınlaşan ağır kommunal böhran səbəbindən şəhəri müvəqqəti olaraq tərk etmək imkanını nəzərdən keçirməlidirlər.

Milli Söz xəbər verir ki, bu barədə oktyabrın 8-də Ukrayna paytaxtının meri Vitali Kliçko bəyan edib.

"Kliçko bildirdi ki, Kiyevdən kənarda dostları və ya qohumları olan sakinləri müvəqqəti olaraq başqa yerə köçmək imkanını dəyərləndirməlidirlər", — deyə "France 24" materialında bildirilir.

Bununla belə, Kliçko tam təxliyə çağırışı etməyəcəyini vurğulayıb. Qeyd olunur ki, mer baş verənlərə görə məsuliyyətin bir hissəsini uzun müddətdir fikir ayrılığı yaşadığı Prezident Volodimir Zelenskinin hökumətinin üzərinə qoyub. Cavab olaraq isə hökumət dəfələrlə Kiyev rəhbərliyini qışa hazırlıq qrafikindən geri qalmaqda günahlandırıb.

"Nə qədər yaxşı hazırlaşsaq da, HHM (hava hücumundan müdafiə) sistemi effektiv işləməsə, fəlakətli ssenari ilə üz-üzə qala bilərik", — deyə Kliçko fikrini yekunlaşdırıb.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!