Milli Söz Media

Litva piyada əleyhinə minaları qadağan edən sazişdən rəsmən çıxdı

1 dəq oxuma
10 Baxış
Paylaş:
Litva piyada əleyhinə minaları qadağan edən sazişdən rəsmən çıxdı

Litva Respublikası piyada əleyhinə minaların istifadəsini, istehsalını və saxlanılmasını qadağan edən 1997-ci il Ottava Konvensiyasından rəsmən ayrılıb.

 Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 27-də bu beynəlxalq müqavilədən çıxmaq üçün tələb olunan bütün hüquqi prosedurlar və gözləmə müddəti tamamlanıb.

Litva rəhbərliyi bu addımı Rusiya və Belarusla sərhədlərin müdafiə qabiliyyətini gücləndirmək və bölgədə artan hərbi təhdidlərin qarşısını almaq zərurəti ilə əsaslandırıb.

 Konvensiyadan çıxış Litva ordusuna öz ərazilərini minalamaq, həmçinin bu tip sursatları satın almaq və yerli imkanlarla istehsal etmək hüququ verir.

 Qeyd edək ki, bənzər addımlar Baltikyanı regionun digər ölkələri — Latviya, Estoniya və Polşa tərəfindən də dəstəklənib ki, bu da Şərqi Avropada yeni müdafiə strategiyasının formalaşdığını göstərir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!