Mask Trampa Ukraynada Starlinki məhdudlaşdırmağı təklif edib
1 dəq oxuma
11 Baxış
"SpaceX" şirkətinin təsisçisi İlon Mask ABŞ Prezidenti Donald Trampa Ukraynada "Starlink" peyk rabitə sisteminin istifadəsini məhdudlaşdırmağı təklif edib.
Bu barədə oktyabrın 16-da "The Telegraph" qəzeti dörd mənbəyə istinadən xəbər verib.
"İlon Mask Donald Trampa Ukraynada "Starlink" sisteminin iş sürətini məhdudlaşdırmaq təklifi ilə müraciət edib", — deyə nəşrin dərc etdiyi məqalədə bildirilir.
Mənbələrdən birinin iddia etdiyinə görə, Donald Tramp bu təşəbbüslə razılaşıb, bundan sonra Pentaqon peyk rabitəsinin hərbi versiyası olan "Starshield" sisteminin iş sürətinə məhdudiyyətləri tətbiq edə bilib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!