Milli Söz Media

Mask Ukraynada Starlinkin işinin məhdudlaşdırılmasını izah edib

2 dəq oxuma
9 Baxış
Paylaş:
Mask Ukraynada Starlinkin işinin məhdudlaşdırılmasını izah edib

"SpaceX" şirkətinin təsisçisi İlon Mask Ukrayna Silahlı Qüvvələri üçün "Starlink" peyk internetinin işinin məhdudlaşdırılması ilə bağlı ittihamları şərh edərək oktyabrın 14-də bəyan edib ki, "Starshield" hərbi rabitə sistemindən istifadəyə dair məhdudiyyət qərarlarını ABŞ hərbçiləri və ABŞ Prezidenti Donald Tramp qəbul edir.

Milli Söz xəbər verir ki, bu barədə amerikalı sahibkar "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Starshield" sistemləri ABŞ hökumətinə məxsusdur və onun tərəfindən idarə olunur. Sürətin və ya istifadənin istənilən məhdudlaşdırılması ABŞ hərbçiləri və son nəticədə ABŞ Prezidenti tərəfindən müəyyən edilir", — deyə Mask qeyd edib.

Mask vurğulayıb ki, "Starlink" "SpaceX" şirkətinin mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulmuş kommersiya xidmətidir və hücum xarakterli hərbi əməliyyat üçün istifadə oluna bilməz.

Qeyd edək ki, Mask bu bəyanatla Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorovun "Starlink" və "Starshield" sistemlərinin iş sürəti barədə paylaşımına cavab olaraq çıxış edib.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!