Milli Söz Media

Milli SÖZ Media Platforması yeni mərhələyə keçir — YouTube fəaliyyətimiz başlayır

1 dəq oxuma
38 Baxış
Paylaş:
Milli SÖZ Media Platforması yeni mərhələyə keçir — YouTube fəaliyyətimiz başlayır

“Milli SÖZ” Media Platforması yeni mərhələyə keçir — YouTube fəaliyyətimiz başlayır

Hörmətli oxucular və izləyicilər,

Keçirdiyimiz rəy sorğusunun nəticələri göstərdi ki, auditoriyamızın 64%-i siyasi-analitik fəaliyyətimizi video formatda izləmək istəyir.

İzləyicilərimizin istəyi və dəstəyini nəzərə alaraq bildiririk ki, “Milli SÖZ” artıq yalnız yazılı media platforması olaraq qalmayacaq.

Çox yaxında YouTube platformasında tamamilə yeni, dinamik və fərqli formatda siyasi-analitik yayımlarımızla qarşınızda olacağıq.

Hazırlıq prosesi yekunlaşmaq üzrədir və yaxın günlərdə ilk vizual yayımımıza start veriləcək.

Bizə göstərdiyiniz inam, aktiv iştirakınız və davamlı dəstəyiniz üçün hər birinizə təşəkkür edirik!

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!