Milli Söz Media

Nar-ın tarif şərtləri və müştəri xidmətləri ilə bağlı abunəçi narazılığı

2 dəq oxuma
40 Baxış
Paylaş:
Nar-ın tarif şərtləri və müştəri xidmətləri ilə bağlı abunəçi narazılığı

“Nar Mobile" operatorunun tətbiq etdiyi tarif şərtləri və müştəri xidmətinin fəaliyyəti ilə bağlı abunəçilər arasında narazılıq yaranıb.

Redaksiyamıza müraciət edən abunəçinin sözlərinə görə, o, nömrəsinə 30 günlük 2.5 GB internet paketini ayrıca ödəniş etməklə aktivləşdirib. Lakin əsas tarif paketi yenilənmədiyi üçün operatorun ödənişi əvvəlcədən edilmiş və istifadə müddəti başa çatmamış internet paketini də birtərəfli qaydada blokladığı iddia olunur.

 Abunəçi məsələ ilə bağlı “Nar”ın canlı dəstək xidmətinə müraciət etsə də, ona şablon cavablar verildiyi və şikayətinin sistemdə qeydə alınmadığı bildirilir.

 Məlumata görə, internetdən istifadənin bərpası üçün abunəçidən əlavə 12 AZN ödəyərək əsas tarifi yeniləməsi tələb olunub.

 Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi maraqlıdır. Xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İKTA və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsələyə münasibəti gözlənilir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!