Milli Söz Media

NATO-nun yeni planı 2 cəbhədə eyni vaxtda müharibə aparmağı nəzərdə tutur

2 dəq oxuma
11 Baxış
Paylaş:
NATO-nun yeni planı 2 cəbhədə eyni vaxtda müharibə aparmağı nəzərdə tutur

NATO-nun yeni "Qələbə nəzəriyyəsi" (Theory of Victory) planı eyni vaxtda iki cəbhədə hərbi əməliyyatların aparılması ssenarisini nəzərdə tutur.

Milli Söz xəbər verir ki, bu barədə oktyabrın 12-də Varşava Təhlükəsizlik Forumunda NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç bəyanat verib.

"Əlbəttə ki, bu amil nəzərə alınır, buna görə də biz bu barədə çox düşünmüşük. Yaxın Şərqdə və Ukraynada eyni vaxtda baş verən münaqişələr faydalı hərbi müşahidələr aparmağa kömək etdi", — deyə Qrinkeviç forumun "YouTube" kanalında canlı yayımlanan çıxışında bildirib.

Hərbi xadimin sözlərinə görə, iki regiondakı döyüş əməliyyatları təcrübəsinin öyrənilməsi alyansa belə bir ssenarinin reallaşdırılması zamanı yarana biləcək potensial problemləri müəyyən etməyə imkan verib. Qrinkeviç əlavə edib ki, əldə olunan müşahidələr həmçinin bu cür mürəkkəb şəraitə uyğunlaşmanın mümkün yollarını müəyyənləşdirməyə kömək edib.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!