Norveç Avropa İttifaqına qaz tədarükündə lider oldu
1 dəq oxuma
7 Baxış
Norveç ilk dəfə olaraq ABŞ-ni geridə qoyaraq Avropa İttifaqına (Aİ) qaz tədarükçüləri arasında birinci yerə çıxıb.
Milli Söz xəbər verri ki, Bu barədə avqustun 20-də Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının (AK) nümayəndəsi Eva Hrçinova bəyan edib.
"Biz hazırda qazı əsasən Norveç və ABŞ-dən alırıq, Norveçdən bir qədər çox alırıq", — deyə o bildirib.
Hrçinova bu açıqlaması ilə İran ətrafında yaşanan münaqişə fonunda və Rusiyadan hər cür qaz tədarükünə tam qadağa qoyulduqdan sonra Aİ-dəki qaz təchizatı vəziyyətini şərh edib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!