Putin beynəlxalq məhkəmə qərarlarının icrasını qadağan edən qanunu imzaladı
1 dəq oxuma
9 Baxış
Rusiya prezidenti xarici cinayət məhkəmələrinin (o cümlədən BCM) qərarlarının ölkə ərazisində icra edilməməsinə dair qanunu təsdiqləyib.
Qanun Rusiyanın iştirak etmədiyi və digər ölkələrin cəlb olunduğu məhkəmə icraatlarına şamil edilir.
Səlahiyyətləri Rusiya Federasiyasının beynəlxalq müqavilələrinə və ya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmayan orqanların qərarları tanınmayacaq.
Bu addım Rusiyanın beynəlxalq hüquqi təzyiqlərdən qorunması məqsədi daşıyır.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!