Putin: Rusiya 2029, 2030 və 2050-ci illərdə də heç kimə hücum etməyəcək
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin 2029, 2030 və hətta 2050-ci ildə heç bir dövlətə hücum etmək niyyətində olmadığını bildirib.
Milli Söz xəbər verir ki, Putin bu barədə oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik iclasının plenar sessiyasında çıxışı zamanı deyib.
“Biz heç kimi təhdid etmirik, 2029, 2030 və 2050-ci illərdə də heç kimə hücum etmək niyyətində deyilik. Lakin təcavüzlə qarşılaşsaq, cavab verməyə məcbur olacağıq”, – deyə Rusiya lideri bildirib.
Putin Avropa ölkələrinin vətəndaşlarının Rusiyaya qarşı təcavüzün mümkün nəticələrini anlamalı və ölkələrinin siyasi rəhbərliyinin mövqeyi ilə Rusiya rəhbərliyinin mövqeyini fərqləndirməli olduqlarını qeyd edib.
Onun sözlərinə görə, bu, Avropanın aparıcı ölkələrində keçirilən seçkilərin nəticələrində və ictimai əhval-ruhiyyədə də özünü göstərir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!