Milli Söz Media

Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayını artırdı

1 dəq oxuma
15 Baxış
Paylaş:
Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayını artırdı

Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayını 1 550 500 hərbi qulluqçu daxil olmaqla 2 441 630 nəfərə qədər artırıb. Müvafiq fərman hüquqi informasiya rəsmi internet portalında dərc olunub.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat sayı 1 550 500 hərbi qulluqçu daxil olmaqla 2 441 630 vahid məbləğində müəyyən edilsin", — deyə sənəddə bildirilir.

Rusiya Federasiyası Hökumətinə Silahlı Qüvvələrin müəyyən edilmiş ştat sayının reallaşdırılması üçün zəruri olan büdcə təxsisatlarının federal büdcədən ayrılmasını nəzərdə tutmaq tapşırılıb. Hərbi qulluqçuların sayı Rusiya Federasiyası Silahlı Qüvvələrinin əvvəlki ştat sayı (2 426 130 nəfər) ilə müqayisədə 15 500 nəfər artıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!