Qərb ölkələri Kiyevdəki səfirliklərini köçürmək üçün ehtiyat planlar hazırlayır
Qərb ölkələri Ukrayna paytaxtında vəziyyətin daha da kəskinləşəcəyi təqdirdə diplomatik nümayəndəliklərini Kiyevdən başqa yerə köçürmək üçün ehtiyat planlar hazırlayıblar.
Milli Söz xəbər verir ki, bu barədə oktyabrın 2-də iki yüksəkrütbəli diplomata istinadən "The Guardian" qəzeti xəbər verib.
Məlumata əsasən, diplomatik missiyaların müvəqqəti yerləşdirilməsi üçün mümkün məkanlar kimi Lvov şəhəri və ya Polşanın şərq regionları nəzərdən keçirilir. Mənbələrdən biri şəhərdəki vəziyyətin "sürətlə pisləşməyə doğru dəyişdiyini" vurğulayıb.
Fövqəladə köçürülmə ssenarilərinin olmasına baxmayaraq, Qərb ölkələrinin rəsmi nümayəndələri fəaliyyətlərini bilavasitə Kiyevdə ştat rejimində davam etdirmək niyyətində olduqlarını bəyan edirlər.
Paytaxtda gərginliyin artdığını şəhər meri Vitali Kliçko da təsdiqləyib. O, vəziyyəti "çox gərgin" kimi qiymətləndirib və meqapolisin həyatındakı dəyişikliklərə göz yummağın artıq mümkünsüz olduğunu bildirib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!