Milli Söz Media

Qalibaf: ABŞ və İran Hörmüz üzrə rabitə xətti yaradıblar

1 dəq oxuma
10 Baxış
Paylaş:
Qalibaf: ABŞ və İran Hörmüz üzrə  rabitə xətti yaradıblar

ABŞ və İranın danışıqlar aparan tərəfləri Hörmüz boğazını keçərkən gəmilərdə yarana biləcək problemləri həll etmək üçün rabitə xətti yaradıblar.

Milli Söz xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib.

Qalibaf izah edib ki, belə bir mexanizm "münaqişəli vəziyyətlərdən və insidentlərdən" yayınmağa imkan verəcək.

Bundan əlavə, Qalibafın məlumatına görə, İsveçrədə keçirilən son danışıqlarda ABŞ və İran 12 milyard dollar məbləğində İran aktivlərinin blokdan çıxarılmasını razılaşdırıblar.

Qeyd edək ki, Qalibaf ABŞ ilə aparılan danışıqlarda İran nümayəndə heyətinin rəhbərlərindən biri olub.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!