Rusiya Ermənistandan 30 milyard rubldan çox kompensasiya tələb edə bilər
Cənubi Qafqaz Dəmir Yolu (CQDY) üzrə öhdəliklərə birtərəfli qaydada yenidən baxılacağı təqdirdə, Ermənistanın Rusiya Federasiyası tərəfindən əlavə ödəniş olunması ilə bağlı ehtimal edilən tələbləri əsassızdır.
Milli Söz xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib.
"CQDY Rusiya şirkətinin "pulsuz" aktivi deyil, bizim artıq 30 milyard rubldan çox investisiya yatırdığımız, yeni hərəkət heyəti aldığımız və müqavilə öhdəlikləri əsasında infrastrukturunu inkişaf etdirdiyimiz müəssisədir. Əgər bu öhdəliklərə birtərəfli qaydada yenidən baxılarsa və investorumuza zərər dəyərsə, bizim bunun kompensasiya edilməsini tələb etmək üçün əsaslarımız olacaq", — deyə o vurğulayıb.
Reşetnikov əlavə edib ki, mövcud vəziyyətdə İrəvanın Moskva tərəfindən əlavə ödənişlərin edilməsi ilə bağlı ehtimal olunan tələbləri əsassızdır.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!