Milli Söz Media

Rubio: Putin planlaşdırdığı hədəflərə çata bilmədi

1 dəq oxuma
9 Baxış
Paylaş:
Rubio: Putin planlaşdırdığı hədəflərə çata bilmədi

"Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı başladığı müharibədə qarşıya qoyduğu əsas məqsədlərə nail ola bilməyib".

Bu barədə ABŞ dövlət katibi Marko Rubio"Independent" nəşrinə açıqlamasında deyib.

Rubionun sözlərinə görə, müharibənin başa çatdırılması üçün Rusiya və Ukrayna danışıqlar zamanı qarşılıqlı kompromisə getməlidirlər:

“Bu müharibənin bitməsi hər iki tərəfin müəyyən güzəştlər etməsini tələb edəcək. Hazırda ABŞ tərəflərin nəyə hazır olduqlarını müəyyənləşdirməyə çalışır”.

ABŞ rəsmisi qeyd edib ki, hazırda Putinin sülh razılaşmasına meyilli olub-olmaması və ya Ukrayna üzərində tam nəzarət hədəfinin davam edib-etmədiyinin dəqiq bilinmədiyini söyləyib:

“Putin müharibənin əvvəlində nə istəyirdi – bunu hamı bilir. O, həmin hədəflərə çata bilmədi".

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!