Milli Söz Media

Rusiya Britaniyanı hədələdi

1 dəq oxuma
9 Baxış
Paylaş:
Rusiya Britaniyanı hədələdi

Britaniya raket qoşunlarının Rusiya ərazisinə zərbələrdə birbaşa iştirakının elan edilməsi Moskva tərəfindən bütün nəticələri ilə birlikdə münaqişədə iştirak kimi qiymətləndiriləcək.

Milli Söz xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib.

"Rusiya Prezidenti Vladimir Putin kimsə bizim maraqlarımıza, mülkiyyətimizə qəsd edəcəyi təqdirdə dünya okeanının istənilən regionunda hərəkət etmək hüququmuz olduğu barədə xəbərdarlıq etmişdi. Biz də eyni şəkildə Britaniya raket qoşunlarının Rusiya Federasiyasına zərbələrdə birbaşa iştirakının qürurla elan olunmasını bütün nəticələri ilə birlikdə müharibədə iştirak kimi qiymətləndirmək hüququna malikik", — deyə Lavrov vurğulayıb.

O, həmçinin Böyük Britaniyanın sonadək Ukrayna ilə qalacağı təqdirdə tutduğu bu mövqeyə görə təəssüf etdiyini bildirib.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!