Səudiyyə Ərəbistanının hava limanlarına hücumlar: 3 ölü, 36 yaralı
Səudiyyə Ərəbistanının beynəlxalq hava limanlarına hücumlar nəticəsində 3 nəfər həlak olub, daha 36 nəfər xəsarət alıb.
Milli Söz xəbər verir ki, bu barədə oktyabrın 7-də Krallığın Mülki Aviasiya Baş İdarəsi (GACA) "X" sosial şəbəkəsində bildirib.
"Abha beynəlxalq hava limanına hücum nəticəsində iki qadın həlak olub, 28 nəfər xəsarət alıb. Kral Xalid adına beynəlxalq hava limanına hücum nəticəsində isə bir nəfər həlak olub, səkkiz nəfər yaralanıb", — deyə qurumun rəsmi nəşrində qeyd olunur.
Məlumata görə, Abha aeroportuna hücum zamanı Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadın həyatını itirib. Yaralananlar arasında Səudiyyə Ərəbistanı, Banqladeş və Filippin vətəndaşları var.
Ər-Riyaddakı Kral Xalid adına hava limanına hücum zamanı isə Sudan vətəndaşı həlak olub, xəsarət alan 8 nəfər arasında beş səudiyyəli, iki misirli və bir pakistanlı var. Yaralıların hamısı xəstəxanalara çatdırılıb.
Hücumlar nəticəsində obyektlərə maddi ziyan dəyib. Hazırda GACA aidiyyəti qurumlarla birgə dəymiş ziyanı qiymətləndirir və təhlükəsizlik yoxlamaları aparır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!