Milli Söz Media

SEPAH ABŞ-nin sualtı aparatını ələ keçirdi

1 dəq oxuma
17 Baxış
Paylaş:
SEPAH ABŞ-nin sualtı aparatını ələ keçirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) sentyabrın 27-də Hörmüz boğazında ABŞ-yə məxsus avtonom sualtı aparatın ələ keçirildiyini bəyan edib.

Bu barədə ISNA agentliyi özünün "Telegram" kanalında SEPAH HDQ-nin bəyanatına istinadən xəbər verib.

"Hörmüz boğazında kəşfiyyat fəaliyyəti həyata keçirən ABŞ ordusuna məxsus qabaqcıl pilotsuz sualtı aparatı ələ keçirmək mümkün olub", — deyə məlumatda bildirilir.

İran tərəfinin məlumatına görə, söhbət "Remus 600" intellektual avtonom sualtı aparatından gedir. Dəqiqləşdirilir ki, hazırda aparat daxilindəki məlumatların çıxarılması üçün qüvvələrin mütəxəssislərinin ixtiyarındadır.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!