Suriya Prezidenti Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib
Suriya Prezidenti Əhməd əş-Şaraa işğal altında olan Colan təpələrinin müzakirəsi zamanı ABŞ lideri Donald Trampa İsrailə Nyu-Cersi ştatını verməyi təklif edib.
"Niyə Colan təpələri əvəzinə onlara Nyu-Cersini vermirsiniz? Xüsusilə də nəzərə alsaq ki, Colan təpələri üzərində sərəncam vermək sizə məxsus deyil", — deyə Suriya lideri Amerikanın "Atlantic Council" analitik mərkəzinin tədbirində bildirib.
Əhməd əş-Şaraa əlavə edib ki, ölkənin suverenliyini və beynəlxalq hüququ pozan hər bir cəhdin qarşısı alınacaq, "Colan təpələri isə Suriya ərazisi olaraq qalacaq". Bundan əlavə, Suriya lideri zarafatla Trampa xatırladıb ki, Nyu-Cersi ştatı "demokratlarla doludur" və onlar Trampa səs verməyəcəklər.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!