Tarixi an: Maduronun 16 illik hakimiyyəti 3 saatda süqut etdi
ABŞ Prezidenti Donald Tramp rəsmən bəyan etdi ki, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores keçirilən xüsusi əməliyyat nəticəsində ələ keçirilərək ölkədən çıxarılıb. ABŞ ordusunun elit "Delta Force" bölməsi tərəfindən həyata keçirilən bu ildırım sürətli əməliyyat Maduro rejiminin 16 illik iqtidarına cəmi 3 saat ərzində son qoyub.
Tramp "Truth Social" hesabında paylaşdığı açıqlamada ABŞ-ın Venesuela və onun liderinə qarşı "genişmiqyaslı zərbə" endirdiyini təsdiqləyib. Karakasda baş verən silsilə partlayışlar və hərbi obyektlərin vurulmasından dərhal sonra Maduronun saxlanılaraq naməlum istiqamətə (ehtimal ki, ABŞ-a və ya üçüncü bir ölkəyə) aparıldığı bildirilir. Bu, 1989-cu ildə Manue Norieqanın həbsindən sonra ABŞ-ın bir ölkə liderini birbaşa hərbi yolla hakimiyyətdən kənarlaşdırdığı ən böyük hadisədir.
Hazırda Karakasda Maduro tərəfdarları və ordu hissələri arasında çaşqınlıq hökm sürür. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) təhlükəsizlik səbəbiylə hava məkanını tamamilə qapadıb. Trampın bu gün Florida ştatındakı Mar-a-Laqo malikanəsində geniş mətbuat konfransı keçirərək əməliyyatın detallarını açıqlayacağı gözlənilir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!