Tramp İrandan kompensasiya tələb edəcək
ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətindən müxtəlif münaqişələr zamanı həlak olan və yaralanan insanlar üçün kompensasiya tələb edəcəklərini açıqlayıb.
Milli Söz xəbər verir ki, Tramp bu açıqlamanı İran tərəfinin hərbi münaqişə nəticəsində dəymiş zərərə görə ABŞ-dan kompensasiya tələb etməsinə münasibət bildirərkən verib.
ABŞ prezidenti bildirib ki, İranla Vaşinqton arasında gələcək bütün danışıqlarda kompensasiya məsələsi gündəmdə olacaq. Onun sözlərinə görə, artıq ABŞ nümayəndələrinə bu tələbin müdafiə olunması ilə bağlı göstəriş verib.
Tramp İran rəhbərliyinin kompensasiya tələbini "maraqlı fikir" adlandıraraq, Vaşinqtonun da analoji tələb irəli sürə biləcəyini bildirib.
O, həmçinin son 50 il ərzində İranda etirazlar zamanı həlak olan iranlıların ailələrinə kompensasiya ödənilməsini tələb edib. Trampın iddiasına görə, yalnız son beş ay ərzində İranda 52 min nəfər öldürülüb.
ABŞ prezidenti əlavə edib ki, İran tərəfdən müxtəlif münaqişələr və yol kənarında yerləşdirilən partlayıcı qurğular nəticəsində öldürülən və ya ağır yaralanan insanlar üçün də kompensasiya tələb edəcək.
Trampın sözlərinə görə, bu tələb ABŞ və İran arasında gələcək danışıqların əsas mövzularından birinə çevriləcək.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!