Tramp İranın yeni rəhbərliyini hədələdi
İranın yeni rəhbərliyi də sələfləri kimi yoxa çıxa bilər, bununla belə İranla müharibənin yenidən başlanacağı ehtimalı azdır.
Milli Söz-üb məlumatına görə, bu barədə iyulun 8-də ABŞ Prezidenti Donald Tramp Ankarada çıxışı zamanı bəyan edib.
"İranın rəhbərliyi artıq yoxdur. Sonra onlar yeni rəhbərlər dəstəsi formalaşdırdılar – onlar da yoxdur. İndi isə onların başqa bir rəhbərliyi var – onlar da yoxa çıxa bilərlər", - deyə Tramp bildirib.
O, həmçinin Vaşinqtonun Tehranla yeni saziş imzalamasının vacibliyinə şübhə ilə yanaşdığını vurğulayıb. Ağ Ev rəhbərinin sözlərinə görə, mövcud şəraitdə İranla razılaşma əldə etmək istəyinin olduğuna əmin deyil.
Bununla yanaşı, amerikalı lider İslam Respublikası tərəfindən ona qarşı sui-qəsd cəhdinin edilə biləcəyini də istisna etməyib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!