Tramp Putinin NATO-ya hücum edəcəyini düşünmür
1 dəq oxuma
9 Baxış
ABŞ lideri Donald Tramp bəyan edib ki, Rusiya Şimali Atlantika Alyansının (NATO) ərazilərinə hücum etmək niyyətində deyil.
"Düşünmürəm ki, Rusiya prezidenti Vladimir Putin buna cəhd etsin. Mən onunla danışıram. Onu çox yaxşı tanıyıram. Putin NATO ərazisinə hücum etməyə can atmır", – deyə Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı bildirib.
O, jurnalistlərin Rusiyanın alyans dövlətlərinə qarşı mövcud planları barədə iddiaları şərh etmək xahişinə cavab olaraq bu fikirləri səsləndirib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!