Ukrayna və Bolqarıstan qaz dəhlizi haqqında müqavilə imzalayıblar
1 dəq oxuma
14 Baxış
Ukrayna və Bolqarıstan illik gücü 10 milyard kubmetr olan qaz dəhlizinin yaradılması haqqında müqavilə imzalayıblar.
"Milli Söz" xəbər verir ki, bu barədə a Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Energetika da çox vacibdir. Biz enerji koridorunun aktivləşdirilməsi üzərində işləyirik. Bu dəhliz Ukraynaya ildə təxminən 10 milyard kubmetr qaz çatdıra bilər", - deyə o, öz "Telegram" kanalında yazıb.
Ukrayna liderinin sözlərinə görə, bu müqavilə ölkənin enerji təhlükəsizliyi üçün müəyyən zəmanətlər yarada bilər.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!